DÜNYA


Aya ilk uçuşda iştirak edən kosmonavtlardan biri Maykl Kollins vəfat edib

Bakı, 29 aprel, AZƏRTAC

ABŞ-da kosmonavt Maykl Kollins 90 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları tviter səhifəsində xəbər yayıblar.

Kosmonavtın xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, M.Kollins 1969-cu ildə aya ilk uçuş edən “Apollon-11” missiyasının üç kosmonavtından biri olub. Onunla birgə bu proqramda Nil Armstronq Və Bazz Oldrin iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.