İDMAN
“Ayaks” klubu UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib
Bakı, 17 aprel, AZƏRTAC
Hollandiyanın “Ayaks” futbol klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Hollandiya təmsilçisi üç təsnifat mərhələsini keçdikdən sonra yarımfinala yüksələn ilk komanda olub. Erik ten Haqın baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Avstriyanın “Şturm” klubunu məğlub edib. Sonra Belçikanın “Standard” komandasına qalib gələn Hollandiya təmsilçisi “Dinamo Kiyev”i yarışdan kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Qrup mərhələsində “Ayaks” Yunanıstanın AEK, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” klubları ilə qarşılaşıb. Yekunda 12 xal toplayaraq səkkizdəbir finala vəsiqə qazanan “Ayaks” klubu “Real Madridi”, dörddəbir finalda isə “Yuventus”u mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, “Ayaks” yarımfinalda İngiltərənin “Mançester Siti” və “Tottenham” komandaları arasındakı matçın qalibi ilə qarşılaşacaq.