İDMAN


“Ayaks” klubu mərakeşli futbolçusu Hakim Ziyeş ilə yeni müqavilə imzalayıb

Bakı, 10 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiyanın “Ayaks” klubu mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeş ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu 2022-ci ilin yayına qədər Amsterdam təmsilçisinin şərəfini qoruyacaq.

Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kiprin APOEL klubunu iki oyunun nəticəsində üstələyəcəyi təqdirdə PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. “Ayaks” isə Yunanıstandakı qarşılaşmadan heç-heçə (2:2) ilə qayıdıb. Cavab görüşləri avqustun 13-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.