İDMAN


“Ayaks”ın hücumçusu İngiltərə nəhənginin hədəfindədir

Bakı, 10 may, AZƏRTAC

Hollandiyanın “Ayask” klubunun futbolçusu David Neres İngiltərənin “Liverpul” komandasının diqqət mərkəzinə düşüb.

AZƏRTAC xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Neresin Yurgen Kloppun yay transfer pəncərəsi dövründəki əsas hədəflərindən biri olduğu bildirilir. Braziliyalı futbolçunun transfer dəyəri 35 milyon avrodur.

“Ayaks”ın heyətində cari mövsüm 50 qarşılaşmada iştirak edən Neres 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmçinin Neres ilə iki London təmsilçisi – “Çelsi” və “Arsenal” da yaxından maraqlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.