İDMAN


“Ayaks”ın hücumçusu Sebastian Aller Marko van Bastenin rekordunu təkrarlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Niderlandın “Ayaks” klubunun hücumçusu Sebastian Aller UEFA Çempionlar Liqasında ilk oyununda dörd qol vurub.

AZƏRTAC xəbər verir ki, turnirin birinci turunda Portuqaliyanın “Sportinq” klubu (5:1) ilə oyunda poker edən S.Aller “Milan”ın sabiq futbolçusu Marko van Bastenin rekordunu təkrarlayıb. Marko van Basten 1992-ci ildə “Höteburq” klubunun qapısından dörd top keçirib.

“Ayaks” klubu S.Alleri 2021-ci ilin yanvarında “Vest Hem”dən heyətinə cəlb edib. Amsterdam təmsilçisi transferə görə klub üçün rekord qiymət – 22,5 milyon avro ödəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.