İDMAN


Ayan Əlizadə: Həmişə Milli Gimnastika Arenasında çıxış etməyi arzulayırdım

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan çempionatında iştirak edəcəyimi eşitdiyimdə çox sevindim. Çünki Milli Gimnastika Arenasında çıxış etməyi həmişə arzulamışam.

Bunu AZƏRTAC-a müsahibəsində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı Ayan Əlizadə deyib.

Yeniyetmə gimnast bildirib: “Anam və sinif yoldaşlarım arenada mənə azarkeşlik edirlər. Onlar mənimlə qürur duyurlar və inanırlar ki, mükafatçılar sırasında yer alacağam. Buna görə də əlimdən gələni edəcəyəm ki, onları sevindirim”.

Qeyd edək ki, yarışda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparır. Paytaxt çempionatında Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “Ay-Ulduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.