DÜNYA
Ayasofyanın məsciddən muzeyə çevirilməsinə dair Türkiyə hökumətinin qərarı ləğv edilib
İstanbul, 10 iyul, AZƏRTAC
Türkiyənin Apelyasiya məhkəməsi Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 1934-cü il 24 noyabr tarixli qərarını ləğv edib.
AZƏRTAC xəbər verir ki, hazırda tikilinin yerləşdiyi ərazi mühafizə olunur. Ayasofyanın bundan sonra məscid olaraq fəaliyyət göstərəcəyi gözlənilir.
1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Ayasofyada 85 il sonra 2016-cı ildə ilk dəfə azan oxunub. Bu tarixi abidədən bir sonrakı azan səsi isə İstanbulun fəthinin 567-ci il dönümü münasibətilə bu il mayın 29-da eşidilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]