CƏMİYYƏT
Aydan Şirinli : İnanıram ki, könüllülər onlara göstərilən etimadı doğruldacaqlar
Bakı, 11 yanvar, AZƏRTAC
Artıq 2 aydır ki, “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərirəm. Burada könüllü kimi fəaliyyətim müddətində çox şey öyrənmişəm.
Bunu “ASAN xidmət” könüllüsü Aydan Şirinli fikirlərini AZƏRTAC-la bölüşərkən deyib.
O bildirib: “Qeyd etmək istərdim ki, müxtəlif insanlarla ünsiyyətdə olmaq, onlara yüksək səviyyədə xidmət göstərmək mənim üçün zövqlü bir işdir. “ASAN xidmət” dövlət orqanıdır və mən ilk könüllülük fəaliyyətimə burada başlamaq istədim. Burada olduğum müddətdə bir çox tədbirlərdə, layihələrdə iştirak etmişəm. Bu ilin “Könüllülər ili” elan olunması bizə ruh yüksəkliyi verdi. İnanıram ki, könüllülər onlara göstərilən bu yüksək etimadı doğruldacaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]