DÜNYA


Aydan nümunələr gətirəcək “Çanye-5” Yerin təbii peykinə uğurlu eniş edib VİDEO

Pekin, 2 dekabr, AZƏRTAC

Çinin Aydan nümunələr gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının enmə-qalxma modulu Yerin təbii peykinə yumşaq eniş edib.

AZƏRTAC Çin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, Ay orbitinə daxil olduqdan sonra “Çanye-5”in enmə-qalxma modulu kosmik aparatdan ayrılaraq, təxminən 15 dəqiqəyə Ayın səthinə yumşaq eniş edib. Bu, Ayın səthinə yumşaq eniş edən Çinin 3-cü moduludur. Modul Ayın səthinə enmə prosesinin videogörüntülərini idarəetmə mərkəzinə ötürüb. Modulun endiyi məkana bundan əvvəl Yerdən heç bir səfər olmayıb. Daha dəqiqi Çin modulunun eniş məkanı ABŞ və keçmiş SSRİ-nin Ay missiyalarının eniş yerlərindən fərqlidir.

Bildirilir ki, növbəti 2 sutka ərzində xüsusi robotun köməyi ilə Ay səthindən təxminən 2 kiloqram ağırlığında qaya və torpaq nümunələri götürüləcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri dönən modulu Yerə qayıdacaq. Bildirilir ki, proses cədvələ uyğun davam edir.

Aydan gətirilən nümunələrin yaşının öyrənilməsi Günəş sisteminin tədqiqatına kömək edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.