Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Aydın Əhmədov: Azərbaycan dövləti sahibkarların fəaliyyətlərinin stimullaşdırılması üçün geniş imkan yaradıb

Aydın Əhmədov: Azərbaycan dövləti sahibkarların fəaliyyətlərinin stimullaşdırılması üçün geniş imkan yaradıb

Bakı, 9 iyul, AZƏRTAC

Müstəqil və azad bir ölkənin vətəndaşı olmaq böyük fəxarətdir. Qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizə təşrif buyuran hər kəsə fəxrlə təqdim edəcəyimiz bir salnaməmiz var. Bu gün Azərbaycan müstəqillik yolu ilə inamla addımlayır və hədəflərinə doğru qətiyyətlə irəliləyir. Fəaliyyət göstərdiyim sahə ilə əlaqədar bir çox səfərlərdə oluram və ölkəmizi təmsil edirəm. Hər səfərimdə işimizin keyfiyyəti ilə bərabər, ölkəmizi necə təmsil etməyim də mənim üçün çox önəm daşıyır. Çünki hər birimiz bu müqəddəs diyarın bir parçasıyıq və bu gün dünyada baş verən proseslər, mediadan izlənilən məlumatlar bəzən hər hansı bir ölkə haqqında yanlış təsəvvürlərə şərait yarada bilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “BF-Group” şirkətinin rəhbəri Aydın Əhmədov deyib.

Aydın Əhmədov bildirib ki, Azərbaycan sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Əlverişli geosiyasi mövqeyə malik olan ölkəmiz özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf edən ölkəsinə çevrilib. Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişib, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaradıb. Regionlarda sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, sahibkarlara dəstək olmaq, onların mövcud və yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə, ümumilikdə, 2004–2018 –ci illəri (hər biri 4 il olmaqla 3 proqram) əhatə edən regionların sosial–iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilib. Bu 3 proqramın icrası gedişində sahibkarların mövcud problemləri müəyyən edilməklə onların aradan qaldırılmasında mühüm işlər görülüb. Yeni iqtisadi münasibətlər mərhələsinə keçid edən ölkəmiz bu mərhələyə asanlıqla gəlməyib. Respublikamız sosial-iqtisadi sahədə nailiyyətlər sayəsində mühüm iqtisadi strategiyaya nail olub. Bunların hamısı xalqın təkidi ilə növbəti dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin başlatdığı dərin siyasi proseslər nəticəsində əldə edilib. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə yenidən qayıtması və bundan sonra məqsədyönlü siyasətin tətbiqi, makroiqtisadi və siyasi məkanda sabit tempin qorunması nəticəsində sahibkarlar qrupunun formalaşması, təşəkkül tapması üçün həm hüquqi baza formalaşdırıldı, həm də özəl sektorun inkişafı üçün hərtərəfli yardım göstərildi. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin başçılığı ilə respublikanın hərtərəfli inkişafının təminatı üçün yeni mərhələ yaşanır. Ölkə rəhbərinin göstərişi ilə həyata keçirilən siyasət bilavasitə sosial istiqamətli olması, yaranan problemlərin həlli yolunun tapılmasında iqtisadi aspektin mövcudluğunun önə çəkilməsi ilə seçilir. Dövlət özünün mövcud imkanları ilə yeni sahibkarlıq subyektlərinin iqtisadiyyatın bütün sahələrində formalaşmasına şərait yaratmaqla, sahibkarların öz potensial imkanlarından səmərəli şəkildə istifadə edə bilmələri üçün geniş imkan yaradıb. Ölkəmizdə bu məqsədlə reallaşdırılan iqtisadi siyasət sahibkarlıq fəaliyyətinin sürətlənməsinə, iqtisadi və sosial sahələrdə mövcud olan problemlərin həllində onların rolunun artmasına, dövlətin bu sahədə qayğısının gücləndirilməsinə və sahibkarlarda olan potensialın reallaşdırılmasına yönəldilib.

Azərbaycanın iqtisadi sistemində özəl sektorun üstünlüyü neft hasilatının və ondan gələn gəlirlərin düzgün şəkildə idarəsi ilə yanaşı, qeyri–neftlə bağlı olan sahələrin inkişafının da xüsusi önəm daşıması dövlət rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin əsasıdır. Bu gün sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilir. Bununla yanaşı, davamlı iqtisadi inkişafın reallaşdırılması baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur. Qlobal və regional səviyyədə mürəkkəb siyasi-iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı Azərbaycanda reallaşdırılan sistemli tədbirlər mühüm önəm daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Son vaxtlar qəbul edilən qərarlar, imzalanan qanun və sərəncamlar sahibkarlığın inkişafında nəzərəçarpan süni əngəllərin aradan qaldırılması, sahibkarların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələri və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşması məqsədi daşıyır.

Turizm sahəsində fəaliyyət göstərən bir sahibkar kimi bizlərə yaradılan bu şəraitdən istifadə edərək, öz növbəmizdə, fəaliyyətimizlə ölkəmizə töhfə verməyə çalışırıq. Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Dövlət və regional səviyyələrdə həyata keçirilən sosial siyasətdə turizm strateji əhəmiyyətli məsələ kimi önə çəkilir. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb.

Azərbaycanda milli turizm sektorunu inkişaf etdirmək və turizm ehtiyatlarından əhalinin sosial rifahı yönündə səmərəli istifadə etmək siyasətinin əsası, bütün sahələrdə olduğu kimi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məlum olduğu kimi, Ümummilli Lider ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə Ulu Öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında” Qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi. Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm, İslam Əməkdaşlıq təşkilatları, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların adlarını çəkmək olar. Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi o cümlədən mehmanxanaların, turizm obyektlərinin tikintisinin sürətlənməsi, turizm marşrutlarının artırılması bu sahənin inkişaf etdirilməsindən xəbər verir.

Bu gün Azərbaycan turizmin inkişaf sürətinə görə dünyada aparıcı yerlərdən birini tutur. Bu, ilk növbədə, regionun başqa turizm ölkələrindən fərqli olaraq Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və təhlükəsizlik nəticəsində mümkün olub. Digər tərəfdən, ölkəmizdə yaradılan böyük turizm kompleksləri onların rahatlığı baxımından böyük imkanlar yaradır. Turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən, rəqabətədavamlı turizm xidməti sahələri yaradılıb. Son vaxtlar elektron vasitələrin mühüm və effektiv marketinq kanalına çevrilməsi turizm sahəsində ondan daha geniş istifadə edilməsi üçün zəmin yaradıb. Tədqiqatlar göstərir ki, inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron marketinq üsullarından daha geniş istifadə olunur və bu, daha böyük potensiala malikdir. Bunları nəzərə alaraq, elektron vasitələrlə Azərbaycanın turizm potensialının xarici ölkələrdə reklamının aparılması təbliğat siyasətimizin əsas istiqaməti olmalıdır. Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur. Bizlərin isə məqsədi bu gün həmin imkanlardan istifadə edərək, fəaliyyət istiqamətimizi daha da mükəmməlləşdirmək, turizminin inkişafına töhfə verərək bu sahədə geniş potensialı olan dövlətimizi sabit ölkə kimi tanıtmaqdır. Qlobal və regional səviyyədə mürəkkəb siyasi-iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə turizmin inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı Azərbaycanda reallaşdırılan sistemli tədbirlər mühüm önəm daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir. Azərbaycan sahibkarları bu gün dövlətimizin başçısı İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. İş adamları bundan ruhlanaraq qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında fəallıq göstərir, bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər.

Ölkə sahibkarları əmindirlər ki, qətiyyətli və güclü liderimizin düşünülmüş və uzaqgörən siyasəti Azərbaycanımızın yeni uğurlarına zəmin yaradacaq və qarşıdakı illərdə xalq–iqtidar həmrəyliyi nəticəsində ən ümdə arzumuzun reallaşmasının təntənəsini yaşayacağıq. Azərbaycan Prezidenti İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi kimi, ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb