Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aydın Hüseynov: Bölgəsəl amil olan Türkiyə-Azərbaycan birliyi regionun bütün məsələlərdə taleyini həll edir

Aydın Hüseynov: Bölgəsəl amil olan Türkiyə-Azərbaycan birliyi regionun bütün məsələlərdə taleyini həll edir

Bakı, 16 avqust, AZƏRTAC

Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində Ermənistana və onu silahlandıranlara xəbərdarlıq etməklə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirləri regional proseslərə təmkinlə, uzaqgörən və olduqca peşəkar siyasi Liderin baxış bucağı kimi səciyyələndirmək olar. 44 günlük Vətən müharibəsində Zəfər qazanan müzəffər Ordunun Ali Baş Komandanı olan dövlətimizin başçısı bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində təşəbbüskar və ardıcıl səylərini əsirgəməyən Lider kimi Qarabağda yeni siyasi reallıqlara uyğun addımların atılmasında qətiyyətli mövqe nümayiş etdirdi. Bununla yanaşı, regionda sülhün pozulmasına yönələn təhrikedici hərəkətlərə qarşı qətiyyətli və sərt tədbirlər görmək qətiyyətini də göstərdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində 2020-ci il 10 noyabr razılaşmasından sonra regionda baş verən bəzi xoşagəlməz hallara münasibət bildirərək, kövrək sülh və yenicə formalaşmaqda olan birgə əməkdaşlıq mühitinə zərər verən tendensiyalardan narahatlığını ifadə etdi. Ermənistanın son zamanlar qeyri-konstruktiv hərəkətlərinə, bu ölkəni silahlandıraraq Qarabağda və Azərbaycanla sərhəd zonasında təxribatlar törətməyə, atəşkəsi pozmağa təhrik edən qüvvələrə də açıq və aydın şəkildə mesajlar verdi. Prezident İlham Əliyev, eyni zamanda, Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli Bəyanatının prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri ilə siyasi auditoriyaya açıq mesajlar ünvanladı. Qarabağda sülhün qorunmasını təmin etməli olan Rusiya sülhməramlılarına xəbərdarlıq ünvanladı. “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatla onun üzərinə düşən bütün müddəaları yerinə yetirsin. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməyərək, uzunmüddətli sülhü təmin etmək üçün addımlar atacaq. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın”, - deyə konkret və aydın bəyanat verən Prezident İlham Əliyev Azərbaycanın Qələbəsindən, müharibənin başa çatmasından və Ermənistan rəhbərliyinin də məğlubiyyətlə barışmasından sonra bölgədə hərbi manevrlərin, silahlanmanın anlaşılmaz və yolverilməz olduğunu səsləndirdi. Qeyd etdi ki, Ermənistanda keçirilmiş son parlament seçkilərində erməni xalqı məğlub edilmiş rəhbərliyə yenidən səs verməklə müharibə istəmədiyini təsdiqlədi. Belə olan halda Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Ermənistanda revanş istəyənlərin isə keçmişdən dərs alması lazımdır. İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz Ermənistanın dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur. Eyni zamanda, Azərbaycan Qarabağda baş verən bütün proseslərə nəzarət edir, izləyir. Laçın dəhlizi bizim gözümüzün önündədir. Ordumuz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyir. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilir. Kim Qarabağa hansı mal-materialı, silahı daşıyır, Azərbaycan onu çox aydın şəkildə görür. Ona görə də, Prezident İlham Əliyev müsahibəsində bu məsələyə toxunarkən bütün dövlətləri xəbərdar etdi ki, bu hərəkətləri yığışdırsınlar. Bu, olduqca qətiyyətli və çox açıq bir bəyanatdır və hər kəs öz məsuliyyətini dərk etməlidir”.

Aydın Hüseynov qeyd edib ki, artıq müharibə bitib, yenidən regionda qarşıdurmaya ehtiyac yoxdur. Bölgənin yenidən siyasi dizaynını Azərbaycan cızır. Regionda yeni dəhlizlər, kommunikasiya xətlərinin yaradılması prosesləri gedir. Bölgədəki kommunikasiya xətlərinin açılmasında maraqlı olan hər bir ölkə diqqətini buna yönəltməli, sülh və əməkdaşlıq üçün təsirli müsbət addımlar atmalıdır.

“Hazırda Azərbaycan Ermənistanın nicat yolu olan, bu ölkəni qaranlıq dalandan çıxara biləcək regional kommunikasiyaların yaradılması istiqamətində ardıcıl və qətiyyətli addımlar atmaqdadır. Çünki bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Əfsuslar olsun ki, Ermənistan bəzi qüvvələrin təhriki ilə buna etiraz edir. Prezident İlham Əliyev müsahibədə bu məsələyə də xüsusi diqqət çəkdi və bildirdi ki, son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz edənlər olsa da, bu dəhliz yaradılacaq. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsətlər yaradacaq”, - deyən deputat əlavə edib ki, regionda sülhün fəal dəstəklənməsində xüsusi rol oynayan qardaş Türkiyənin Azərbaycanla münasibətlərinin dərinləşməsində prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın son vaxtlar intensivləşən dialoqlarının da mühüm rolu olub.

A.Hüseynov, həmçinin vurğulayıb: “Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsində bu mövzuya xüsusilə toxunuldu - Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək zirvəyə, strateji pik həddinə çatdı. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, son 18 il ərzində həm Türkiyə, həm də Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Bu siyasətə qarşı çıxanlar anlamalıdır ki, Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir və bu güc regionun bütün məsələlərdə taleyini həll edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib