CƏMİYYƏT


Aydın Hüseynov: Bu ağacəkmə aksiyası nəticəsində ölkəmiz yaşıllıqlar diyarına çevriləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə 650 min ağac əkilir. Düşünürəm ki, bu aksiya nəticəsində ölkəmiz yaşıllıqlar diyarına çevriləcək və yaxın gələcəkdə vətəndaşların istirahəti üçün yeni istirahət guşələrinin yaranmasına imkan verəcək.

Bu sözləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dekabrın 6-da Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı AZƏRTAC-a müsahibəsində deyib.

A.Hüseynov ağacəkmə aksiyasını xalqımızın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın bu gözəl təşəbbüsü böyük Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə böyük ehtiram və məhəbbətdən irəli gəlir. O qeyd edib ki, bir gündə 650 min ağacın əkilməsi öz kökünə, ənənələrinə hörmətlə yanaşı, həm də mənəvi sağlamlıq göstəricisidir.

YAP Siyasi Şurasının üzvü ağacəkmə aksiyasında partiyanın bütün üzvlərinin fəal iştirak etdiyini və lider partiyanın hər zaman xalqla yekdil olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.