SİYASƏT


Aydın Mirzəzadə: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir

Bakı, 11 aprel, AZƏRTAC

Fransanın “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı ölkəmizdə çoxsaylı respondentlərin iştirakı ilə keçirdiyi rəy sorğusunun nəticələri Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə verdiyi qiymətdir. Bu, xalqımızın öz liderinə olan inam və dəstəyinin göstəricisidir. Rəy sorğusunun nəticələri bir daha göstərdi ki, əvvəlki illərdə olduğu kimi, bir il bundan əvvəl də Azərbaycan xalqının seçimi düzgün idi. Ötən müddət ərzində Prezident İlham Əliyev vətəndaşlarımızın etimadını doğrultdu.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycanda bütün sahələr üzrə inkişaf gedir. Keçən illə müqayisədə büdcəmiz xeyli artıb. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada inkişaf getməsin. Qeyri-neft sektoru inkişaf edir, yeni iş yerləri açılır. Orta əməkhaqqının, minimum əməkhaqqının, pensiyanın artırılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamları iqtisadiyyatda əldə edilən uğurların nəticəsidir. Vətəndaşlarımızın sabaha inamı olduqca güclənib. Beynəlxalq aləmdə dövlətimizin nüfuzu durmadan artır. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, əhalimizin say artımında da özünü göstərdi. Bu günlərdə Azərbaycan vətəndaşlarının sayının 10 milyona çatması bunun bariz nümunəsidir. Azərbaycanın uğurlarının gələcəkdə daha da artacağı tamamilə gözləniləndir. Prezident İlham Əliyevin fəaliyyəti bütün azərbaycanlılar tərəfindən dəstəklənir və onun rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.