İDMAN


Aydın Süleymanlı: Olimpiadada komandamızın qızıl medal əldə etməsi ilə qürur duyuruq

Bakı, 7 noyabr, AZƏRTAC

Komandamızın qələbə qazanacağına inanırdım. Rəqabət çox gərgin idi. Özbəkistan yığmasının güclü olduğunu düşünürdük. Üçüncü turda rəqib komanda ilə inamla mübarizə aparıb bərabərliyə nail olduq. Yığmamız 9 turdan 7-də qələbə qazandı, iki matçı heç-heçə başa vurdu. Bundan əlavə, ikinci taxtada 9 mümkün xaldan 7 xal toplayaraq qızıl medal qazandım.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin Çorum Olimpiadasında “Azərbaycan” komandasının heyətində mübarizə aparan Aydın Süleymanlı deyib. Bir ay bundan əvvəl 14 yaşadək şahmatçılar arasında dünya çempionu olmuş istedadlı şahmatçı yığmanın olimpiadada qələbəsi ilə qürur duyduğunu bildirib: “On altı yaşadək şahmatçılar arasında Olimpiadada komandamızın qızıl medal əldə etməsi ilə qürur duyuruq. Mübarizə gərgin keçsə də, sonda qələbəyə nail olduq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.