İDMAN


Aydın Süleymanlı və Gülnar Məmmədova Azərbaycan çempionu olublar

Bakı, 6 dekabr, AZƏRTAC

Blits üzrə Azərbaycan çempionatında qalib sonuncu turda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 3 şahmatçı 9 turdan 7 xal toplayıb. Əlavə göstəricilərə görə, Aydın Süleymanlı yarışın qalibi adını qazanıb. Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva çempionatı 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurublar.

Beləliklə, Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçılar dəqiqləşib.

İki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva dünya çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 8 min manat ilk səkkiz yerin sahibləri arasında bölünüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.