İDMAN


Ayelet Zussman: Avropa çempionatının təşkil olunduğu Milli Gimnastika Arenası çox möhtəşəmdir

Bakı, 18 may, AZƏRTAC

Bədii gimnastika üzrə 35-ci Avropa çempionatının təşkil olunduğu Milli Gimnastika Arenası çox möhtəşəmdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə İsrail milli komandasının baş məşqçisi Ayelet Zussman jurnalistlərə müsahibəsində deyib.

İsrailli məşqçi vurğulayıb: “Bakı həmişə gözəlliyi ilə məni heyran edib. Hər dəfə biz Bakıya gələndə, sanki evimizə gəldiyimizi düşünürük. Çünki burada çox vaxt keçiririk. Biz bir ay əvvəl məşqə gəlmişdik, bir neçə həftə öncə isə dünya kubokunda iştirak etmişik”.

Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.