CƏMİYYƏT


Aygün Həsənzadə: Məqsədimiz könüllülük hərəkatının və gənclərin inkişafına töhfə verməkdir VİDEO

Bakı, 7 dekabr, Həsrət Mahmudova, AZƏRTAC 

“KOB Könüllüləri” fəaliyyət proqramının əsas məqsədi kiçik və orta biznes sahəsində gənclərin iştirakını təmin etmək, könüllülüyün təbliğinə və təşviqinə töhfə verməkdir.

Bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin innovasiya, tədris və konsaltinq departamentinin əməkdaşı və Agentliyin nəzdində fəaliyyət göstərən “KOB könüllüləri” fəaliyyət proqramının əlaqələndiricisi Aygün Həsənzadə dekabrın 7-də AZƏRTAC-a müsahibəsində deyib.

“KOB Könüllüləri”nin fəaliyyəti barədə məlumat verən A.Həsənzadə qeyd edib: “Proqram çərçivəsində üç ay müddətində gənclərin təcrübəsinin artırılmasına çalışırıq. Onlar sahibkarlıq sahəsində təcrübə qazanır, fərdi bacarıqlarını inkişaf etdirirlər. Məqsədimiz ölkəmizdə könüllülük hərəkatının, gənclərin hərtərəfli inkişafına töhfə vermək, kiçik və orta biznes sahəsində onların tərəqqisinə şərait yaratmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.