SİYASƏT


Ayhatu Mindaudu: Qlobal Bakı Forumu dünya nizamına təhdidlərə müqavimət göstərmək üçün möhtəşəm platformadır

Bakı, 17 iyun, AZƏRTAC

Qlobal Bakı Forumu dünya nizamına təhdidlərə müqavimət göstərmək üçün möhtəşəm platformadır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun iştirakçısı, Niger Respublikasının sabiq xarici işlər naziri, BMT Baş katibinin Kot-d’İvuardakı sabiq nümayəndəsi Ayhatu Mindaudu bildirib.

Forumun təşkilinə və keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını ifadə edən A.Mindaudu deyib: “Forumda qlobal təhlükəsizlik məsələləri, eləcə də onların dünya nizamına təsiri müzakirə edilir. Bugünkü forum sayca doqquzuncudur və mən təşkilatçıları bu son dərəcə mühüm tədbirin keçirilməsini davam etdirməyə çağırıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.