İDMAN


Aykido Mərkəzində respublika seminarı keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC

Aykido Mərkəzində Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti sensey Fərhad Əsgərovun rəhbərliyi altında respublika seminarı keçirilib.

AAF-dan AZƏRTAC-a verilən məlumata görə, seminarda Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan 200-ə yaxın idmançı və məşqçi iştirak edib.

Seminarda F.Əsgərov aykidoçulara məsləhətlərini verib və öz zəngin təcrübəsini bölüşüb. Növbəti seminar yaz aylarına nəzərdə tutulub.

Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi və Azərbaycan Aykido Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.