DÜNYA


Ayova ştatında təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

Bakı, 11 noyabr, AZƏRTAC

ABŞ-ın Ayova ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, ABC telekanalının yerli bölməsinin polis orqanlarına istinadla yaydığı məlumata görə, qəza nəticəsində 4 nəfər həlak olub. Bildirilir ki, aviasiya qəzası cümə günü axşam saatlarında baş versə də, təyyarənin qalıqları şənbə günü səhər Hatri dairəsində tapılıb. Dairə polisi 4 nəfərin öldüyünü təsdiqləyib.

Təyyarənin hara uçduğu və göyərtəsində neçə nəfərin olduğu barədə məlumat verilmir. Hakimiyyət orqanları qəzanın təhqiqinə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.