ELM VƏ TƏHSİL


Aysel Cəfərli: Füzulidə hər şey gözlədiyimdən daha maraqlı və gözəl oldu

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş iştirakçılarından biri – ADA Universitetinin tələbəsi Aysel Cəfərli bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Füzuli rayonuna dəvət edildiyimi eşidəndə çox sevindim. Haradan və necə başlayacağımı bilmirəm. Bu, çox gözəl bir hiss idi. Neçə gün o an üçün çalışdım, hazırlaşdım. Nəhayət, o gün gəldi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşəndə, çıxış edəndə ilk cümlələrdə səsimin titrədiyini hiss edirdim, lakin bu, cəmi bir neçə dəqiqə çəkdi. Sonra çox səmimi bir şərait yarandı və o gərginlik aradan qalxdı. Sözün açığı, heç mən bu qədər rahat ola biləcəyimi, bu qədər səmimi bir şərait olacağını düşünmürdüm. Amma hər şey gözlədiyimdən daha maraqlı və gözəl oldu. Füzuli rayonunu ilk görəndə duyğulandım, çünki düz bir il əvvəl orada şiddətli döyüşlər gedirdi, insan oralara baxdıqca ürəyi paramparça olur, düşmən hər yeri dağıtmış, viran qoymuşdur. Amma ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan Respublikasının vətəndaşı olaraq əminliklə deyə bilərik ki, Füzuli, eləcə də bütün Qarabağ yaxın gələcəkdə gözqamaşdırıcı gözəlliyə malik olacaq. Hazırda mənim vəzifəm oxumaq, çox çalışmaqdır, ADA Universiteti tədrisin çox yüksək səviyyədə aparıldığı nüfuzlu bir məkan olduğu üçün yüksək təhsilə malik olacağıma son dərəcə inanıram. Məqsədim gələcəkdə Qarabağımızda, xüsusilə də Füzuli rayonunda hüquqşünas kimi fəaliyyət göstərmək və xalqıma lazımınca xidmət etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.