İDMAN


Ayxan Abbasov: “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi

Bakı, 19 may, Nicat Məmmədov, AZƏRTAC

Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım futbolçularımız soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avrokuboklara getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında məğlubiyyətdən (1:0) sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq. Final tək oyundur. “Qəbələ” də kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.