İDMAN


Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçisi təyin olunub

Sumqayıt, 14 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Ayxan Abbasov "Sumqayıt" futbol klubunun baş məşqçisi təyin olunub. Onunla 2019/2020-ci illər mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Bu barədə AZƏRTAC–a klubun mətbuat xidmətindən məlumat verilib.

Ayxan Abbasov futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedici heyətində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın baş məşqçisi olub. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/2017-ci illər mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb. “Zirə” Ayxan Abbasovun rəhbərliyi ilə 2017/2018-ci illər mövsümünü də 4-cü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.