SİYASƏT


Ayxan Hacızadə: İran polisi səfirliyə hücumun qarşısını almaq üçün heç bir tədbir görməyib

Ayxan Hacızadə: İran polisi səfirliyə hücumun qarşısını almaq üçün heç bir tədbir görməyib

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb. Terrorçunun dəfələrlə səfirliyimizə daxil olmaq cəhdlərinə baxmayaraq, İran polisi bu terror aktının qarşısını almayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, avtomat, tapança və "Molotov kokteyli" ilə silahlanmış terrorçu cəhdinin baş tutmadığını gördükdə səfirliyin əməkdaşlarının ailə üzvlərinin yerləşdiyi mərtəbədəki mənzillərin şüşələrinə atəş açmaqla məqsədinə nail olmağa çalışıb. Sonra da səfirliyimizin avtomobilini yandırmağa cəhd göstərib. Bütün bu amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.