Ayxan Hacızadə: Terrorçu nümayəndəliyimizin nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
Qeyd edib ki, növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.
Xəbərin mətnində orfoqrafik səhv var