Azİİ Elektron Kitab Evi “Polpred com” axtarış bazasına giriş imkanı əldə edib
AzerTAg.az
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evi Rusiya Federasiyasının “Polpred com” axtarış bazasının “Neft, qaz, uqol v RF i za rubejom” (RF-də və xaricdə neft, qaz, kömür) sahəsi üzrə elektron resurslarına bir il müddətinə giriş imkanları əldə edib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, məlumat bazasında Rusiya Federasiyasında və xaricdə neftin, qazın çıxarılması, nəqli və saxlanması, kəşfiyyatı və emalı, eləcə də kömürün çıxarılmasına aid məqalələr və digər materiallar yer alıb.
Ümumilikdə “Polpred com” axtarış bazasında Rusiyanın 8 federativ dairəsi üzrə 53 sahədən 600 mənbə və son 20 ili əhatə edən digər informasiyalar verilib.

Xəbərin mətnində orfoqrafik səhv var