ELM VƏ TƏHSİL
Azİİ Elektron Kitab Evi bazasını zənginləşdirir
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Amerika Mərkəzindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinə növbəti dəfə kitablar hədiyyə olunub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Azİİ Elektron Kitab Evi ilə Bakı Amerika Mərkəzinin kitabxanası arasında əlaqələr genişləndirilir. Belə ki, mərkəzin kitabxanası tərəfindən Azİİ Elektron Kitab Evinin bazasına ingilis dilində 77 adda kitab verilib. Kitablar mexanika, fizika, termodinamika, avtomatika, iqtisadiyyat, biznes və digər sahələrə aiddir.
Eyni zamanda, mərkəzin bazalarında olan çap məhsullarına, elektron resurslara və kompüter laboratoriyalarına, “J-STOR” və “e-library USA” kimi tədqiqat məlumat bazalarında qeydiyyatdan keçməklə ADNSU-nun professor-müəllim və tələbə heyətləri üçün təmənnasız çıxış təklif olunur.
Daha ətraflı məlumat almaq istəyənlər Azİİ Elektron Kitab Evinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]