ELM VƏ TƏHSİL


Azİİ Elektron Kitab Evinə yeni axtarış və məlumat mənbələrinə giriş imkanları yaradılıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinə yeni axtarış və məlumat mənbələrinə giriş imkanları yaradılıb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Europeanbooks_access” (20 illik dünya kitabxana sahəsində xidmət göstərən məlumat mənbəyi) tərəfindən oktyabrın 15-nə kimi ADNSU-nun professor-müəllim heyəti, tədris və elm ilə əlaqəli fəaliyyət göstərən, qrant layihələri ilə işləyən mərkəz və şöbələr üçün faydalı olan ümumdünya təqaüdlər və ali təhsil tədqiqatları üçün qrantlar kataloqu, bakalavrlar, magistrantlar və doktorantlar üçün ingilisdilli ölkələrdə ali təhsil proqramları haqqında məlumatların əldə edilməsinə giriş imkanları verilib.

Göstərilən linklər vasitəsilə həmin məlumat mənbələrindən istifadə etmək mümkündür. www.EduFundingIndex.com/login - ümumdünya təqaüdlər və ali təhsil tədqiqatları üçün qrantlar kataloqu 180 mindən çox təqaüd təklif olunan yeganə məlumat mənbəyidir.

www.EduProgramsIndex.com/login - ingilisdilli ölkələrdə (ABŞ, Kanada, İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Avropada) ali təhsil proqramları, universitetlərdəki 290 mindən çox ali təhsil proqramı (bakalavr, magistr, doktorantura, pre-magistr) haqqında məlumatları əhatə edən yeganə və ümumi informasiya mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.