ELM VƏ TƏHSİL


Azİİ Elektron Kitab Evinin bazasına akkreditasiya olunmuş ixtisaslara uyğun yeni kitablar daxil edilib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi tərəfindən akkreditasiya olunmuş ixtisaslara uyğun 100 adda 100 nüsxə kitab alınıb və Azİİ Elektron Kitab Evinin bazasına daxil edilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, kitablar əsasən neft mühəndisliyi, marketinq, biznes, qeyri-səlis məntiq, kimya, geologiya, kompüter elmləri, etika və digər sahələri əhatə etməklə ingilis dilindədir. Yüksək keyfiyyətə, nəfis tərtibata malik olan kitablar dünyanın nüfuzlu nəşriyyatları tərəfindən çapa hazırlanıb. Həmin kitablar ixtisaslara uyğun olaraq universitetin BA proqramları və digər fakültələri üzrə təhsil alan tələbələrinin və professor-müəllim heyətinin istifadəsinə verilib.

Maraqlananlar Azİİ Elektron Kitab Evinə ([email protected]) və BA Proqramları kitabxanasına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.