ELM VƏ TƏHSİL


Azİİ Elektron Kitab Evinin oxucuları üçün yeni imkanlar yaradılır

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin qeydiyyata düşmüş hər bir oxucusu istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq çap məhsulları və giriş imkanları mövcud olan beynəlxalq kitab və nəşriyyatların bazalarından faydalana bilər. Oxucunun bazadan seçdiyi və elektron variantı olan çap məhsulunun, beynəlxalq elektron resursların müəyyən bir həcmi müəllif hüquqları qorunmaq şərtilə tələbənin elektron poçtuna göndəriləcək.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, bu proses Azİİ Elektron Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən 5500-ə yaxın oxucusuna şamil edilir. Digər qeydiyyatdan keçməyən tələbələr isə [email protected] elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər. Sentyabr ayının sonlarında hazırda universitet daxilində istifadəsi mümkün olan elektron kitabların evdən istifadəsi mümkün olacaq.

Həmçinin oxucular pandemiya dövründə Azİİ Elektron Kitab Evinin qoşulduğu beynəlxalq elektron bazaların bir çoxunun verdiyi evdən giriş imkanlarından yararlana bilərlər. Həmin bazalara giriş üçün linklər ADNSU-nun saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.