ELM VƏ TƏHSİL


Azİİ e-Kitab Evində növbəti təqdimat

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Azərbaycan xanlıqları” kitabının təqdimatı keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova təqdimatı keçirilən kitabın gənc oxucular üçün əhəmiyyətindən danışıb.

Sonra iştirakçılar kitabın tələbələrlə yanaşı, tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olduğunu qeyd edib və milli dövlətçiliyimizin əsaslarının, tarixi reallıqlarının öyrənilməsində önəmindən danışıblar.

Qeyd edək ki, Rəşid Rzayev, Camal Mustafayev və Abbas Seyidovun müəllifi olduğu “Azərbaycan xanlıqları” (dövlətçilik rəmzləri, hüquq sistemi, pul dövriyyəsi, sikkə zərbi) kitabı yüksək keyfiyyətlə və nəfis tərtibatla işlənib. Kollektiv monoqrafiyada XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Azərbaycan ərazisində olmuş iyirmidən artıq xanlığın siyasi həyatı, dövlətçilik rəmzləri, inzibati idarəçilik və hüquq sistemi, pul dövriyyəsinə aid yığcam və ümumiləşdirilmiş materiallar təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.