İQTİSADİYYAT


“AzInTelecom” “Kasperski Lab”ın rəsmi partnyoru olub

Bakı, 25 fevral, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan “Kasperski Lab”ın rəsmi partnyoru olaraq kommersiya məqsədilə bazara daxil olur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığa əsasən, “AzInTelecom”un “AZCLOUD” bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üçün “Kaspersky Lab”ın həllərini əlverişli şərtlərlə korporativ müştərilərinə təklif edəcək.

Dünya səviyyəsində tanınan bu həllər mərkəzləşdirilmiş idarəetmə, çevik lisenziyalaşdırma xüsusiyyətləri və infrastruktur xərclərinin tələb olunmaması kimi üstünlüklərə malikdir.

“Kasperksy Lab”ın statistik məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 18,2 faiz korporativ istifadəçi internetdə kibertəhlükələrlə qarşılaşıb.

Sözügedən şirkətin təqdim etdiyi texnologiyalar dünyanın 400 milyondan çox istifadəçisinin və 270 min korporativ müştərinin informasiya təhlükəsizliyini təmin edir.

Müştərilərə öz əsas işləri ilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən bulud xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.