İQTİSADİYYAT


“AzInTelecom”: “SİMA” maliyyə xərclərini azaldacaq, vaxt və sənəd itkisinin qarşısını alacaq

Bakı, 11 fevral, AZƏRTAC

Üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən “SİMA” biometrik autentifikasiyaya əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yeni nəsil rəqəmsal imza” məhsulunun təqdimatı tədbirində “AzInTelecom” MMC-nin kommersiya direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.

Qeyd olunub ki, “SİMA”nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. “SİMA”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.