İQTİSADİYYAT


“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

Bakı, 26 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dəstəyi, BMT-nin İnkişaf Proqramı və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” mobil tətbiqi artıq istifadəyə verilib.

“AzInTelecom”dan AZƏRTAC-a bildirilib ki, suyun qənaətinə yönələn “Hydro Heroes” tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Bu da öz növbəsində vaxt və su itkisinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Azərbaycanda son zamanlar aktual olan su ekologiyasının problemlərinin həlli, suya qənaət və Kür çayının su ehtiyatının qorunması ilə bağlı maarifləndirmə işlərinə yüksək həssaslıqla yanaşan “AzInTelecom” MMC-nin təqdim etdiyi “Azcloud“ bulud infrastrukturu əsasında yaradılan “Hydro Heroes” mobil tətbiqi mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirir.

Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq təqdim edir. Azərbaycanda ilk bulud xidmətlərini təqdim edən “Azcloud” “AzInTelecom” MMC-nin nəzdində yerləşən əlçatanlıq zonasıdır və rezervlənmə, arxivləşdirmə, videokonfrans, təhlükəsizlik, virtual IP telefoniya kimi xidmətləri təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.