İQTİSADİYYAT


“AzInTelecom”un təcrübəçiləri sertifikatla təltif edilib

Bakı, 1 oktyabr, AZƏRTAC

“AzInTelecom” MMC-nin yay təcrübə proqramında iştirak edən təcrübəçilərə sertifikatlar təqdim edilib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, bu il proqrama seçilən gənclərin bir qismi artıq təcrübə müddətini başa vuraraq növbəti mərhələyə keçiblər.

“AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentində təcrübə keçən 19 nəfər sertifikatla təltif olunub, onlardan 13-ü fərqlənmə sertifikatı alaraq təcrübə proqramının ikinci mərhələsində iştirak edəcəklər. Təcrübə proqramının ikinci mərhələsini də uğurla yekunlaşdıran təcrübəçilər işlə təmin olunmaq şansı qazanacaq.

Həmçinin təcrübəçilərə mentorluq edərək onlarla davamlı kommunikasiyada olan MMC-nin 6 əməkdaşı “Təşəkkürnamə” ilə təltif olunub.

Qeyd edək ki, bu il təcrübə proqramına 2000-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət seçim prosesində 30-a yaxın şəxs iştirak şansı qazanıb.

Ötən il təcrübə proqramına seçilən şəxslərdən isə 20 nəfəri hazırda “AzInTelecom” MMC-nin əməkdaşlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.