ELM VƏ TƏHSİL


AzMİU Daşkənd Memarlıq və İnşaat İnstitutu ilə əməkdaşlıq edəcək

Bakı, 10 may, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru Akif Qasımov Özbəkistanın Daşkənd Memarlıq və İnşaat İnstitutunda olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Özbəkistana səfərin məqsədi institutla tanışlıq, əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

Akif Qasımov Daşkənd Memarlıq və İnşaat İnstitutunun birinci prorektoru Abdulla Mirisayevlə görüşüb. Tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Akif Qasımov AzMİU-nun fakültə və ixtisasları, maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə məlumat verib.

Sonra Abdulla Mirisayev təmsil etdiyi ali məktəbin fəaliyyətindən, tədris prosesindən, institutun maddi-texniki bazasından, beynəlxalq əlaqələrindən danışıb.

İnstitutun bina və qurğuların tikintisi fakültəsinin dekanı İslambek Əliyevin, bina və qurğular kafedrasının müdiri Uluqbek Axmadierovun və digər şöbələrin əməkdaşlarının iştirak etdikləri görüşdə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.