AzMİU Tələbə Gənclər Təşkilatının nəzdində “Eco Club” açılıb
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının nəzdində “Eco Club” açılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının klublar üzrə koordinatoru Ülvi Quluzadə çıxış ediblər. Çıxışlarda yeni klubun tələbələrə verəcəyi imkanlardan danışılıb. Bu klubun ətraf mühitin qorunmasında fəal iştirak etmək, təbiətə qarşı qayğıkeş münasibəti formalaşdırmaq, ekoloji problemlərin həlli yollarını axtarmaq və gəncləri təbiətin qorunması ilə bağlı fəaliyyətə cəlb etmək məqsədilə yaradıldığı vurğulanıb.
Klubun sədri Emin İbadov nəzərdə tutulan işlər və gələcək planlar barədə ətraflı məlumat verib.





Xəbərin mətnində orfoqrafik səhv var