ELM VƏ TƏHSİL


AzMİU-da “Elm günü”nə həsr olunmuş sərgi açılıb

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Elm günü” münasibətilə professor-müəllim heyətinin yaradıcılıq sərgisi təşkil olunub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri nəticəsində çapdan çıxmış kitablar, yüksək impakt faktorlu jurnallarda dərc edilmiş məqalələr, alınmış patentlər, layihə işləri, qurulmuş maketlər, cihazlar, qurğular, rəsmlər və s. nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladıb. Bildirib ki, bu, dövlətimizin başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Belə bir günün təsis edilməsi Azərbaycan alimləri qarşısında daha ciddi vəzifələr qoyur.

Prorektor qeyd edib ki, sərgidə nümayiş olunan bütün işlər AzMİU-nun elmi potensialının bariz göstəricisidir.

Sonra müəllimlər və tələbələr sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.