ELM VƏ TƏHSİL


AzMİU-da Elmi şuranın növbəti iclası

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi şuranın növbəti iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Elmi şuranın sədri rektor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda “Payız sessiyasının yekunları və yaz sessiyasına hazırlıq barədə”, “Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin gedişi və istehsalat müəssisələri ilə cari əlaqələr, perspektiv planlar barədə” hesabatlar dinlənilib.

Hesabatlardan sonra geniş müzakirələr təşkil olunub. Müzakirələr zamanı səsləndirilən təklif və iradlarla bağlı rektor müvafiq tapşırıq və tövsiyələrini verib. Hər iki hesabat Elmi şura tərəfindən qəbul edilib.

Şura iclasında digər cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.