ELM VƏ TƏHSİL


AzMİU-da “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova çıxışında Ulu Öndərin həyat yoluna nəzər salıb, onun ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdə uğurlu siyasətindən, ölkəmizin inkişafına göstərdiyi xidmətlərdən danışıb. O, Ulu Öndərin xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyini qoruyub saxlaması, demokratik, sivil, müasir bir dövlət kimi formalaşmasında misilsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan və həyata keçirilən çoxşaxəli dövlət quruculuğu siyasəti nəticəsində qısa müddət ərzində ölkədə iqtisadi, sosial, təhsil, səhiyyə, ordu quruculuğu və demokratik vətəndaş cəmiyyətinin yaradılması kimi bütün sahələr üzrə inkişafa nail olunub.

Rektor bildirib ki, Prezident İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyev siyasətinin təkmilləşdirilərək davam etdirilməsi ilə Azərbaycan öz iqtisadi inkişafına, siyasi nüfuzuna və hərbi gücünə görə nəinki regionda, dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun nəticəsi olaraq, torpaqlarımız 44 gündə işğaldan azad edilib və xalqımız öz doğma Qarabağına qovuşub. Tezliklə həmin ərazilərdə bütün tarixi və mədəni irsimiz bərpa ediləcək, Qarabağda həyat yenidən canlanacaq, Qarabağ ölkəmizin ən inkişaf etmiş, çiçəklənən diyarına çevrilərək bütün dünyaya xalqımızın qurmaq, yaratmaq qabiliyyətini nümayiş etdirəcək.

Konfransda Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov “İqtisadi inkişaf”, İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, həmin kafedranın dosenti Zəminə Əsgərova “Ordu quruculuğu – qələbəyə aparan yol”, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Əliağa Qənbərov “Heydər Əliyev və Azərbaycan inşaatının inkişafı”, İnşaat fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Fariz Əzizov “Heydər Əliyev ideyaları yaşayır” mövzularında məruzə ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.