ELM VƏ TƏHSİL


AzMİU-da İnşaatçılar Gününə həsr olunmuş bilik yarışının qalibləri mükafatlandırılıb

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 10 aprel - İnşaatçılar Gününə həsr olunmuş “Güc bilikdədir” adlı intellektual yarış keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, yarışdan əvvəl Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şahmar Rəfili İnşaatçılar Günü münasibətilə hər kəsi təbrik edib. O bildirib ki, yarışın keçirilməsində məqsəd tələbələrin intellektual səviyyələrinin, memarlıq tarixi barədə biliklərinin daha da artırılmasıdır. Sonra komanda üzvləri yarışın qaydaları haqqında məlumatlandırılıb.

İki mərhələdən ibarət yarışın birinci turunda universitetin 7 komandası ikinci tura keçmək uğrunda mübarizə aparıb. Dünyagörüşü, tarix, idman və digər sahələri əhatə edən sual-cavablarda finala universitetin 4 komandası vəsiqə qazanıb. Nəqliyyat fakültəsinin “Ağdağ”, inşaat-texnologiya fakültəsinin “Rokol”, inşaat fakültəsinin “Azerlime”, mexanika informasiya texnologiyaları fakültəsinin “Mətanət A” komandası arasında gərgin mübarizə şəraitində keçən görüşlərdə komandalar bilik və bacarıqlarını nümayiş etdirib.

Birinci yerə “Mətanət A” komandası, ikinci yerə “Rokol”, üçüncü yerə isə “Azerlime” komandası çıxıb. Sonda yarışın qalibləri “Mətanət A” Şirkətlər Qrupu tərəfindən kubok və dəyərli hədiyyələrlə mükafatlandırılıb, II və III yerin sahiblərinə isə həvəsləndirici mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.