ELM VƏ TƏHSİL


AzMİU-da İxtisasartırma fakültəsini müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar verilib

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin məzunlarına sertifikatlar verilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “PMD Projects” şirkətinin fakültədə inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 7 əməkdaşı 3 aylıq kursları uğurla bitirib.

Sertifikatları universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, İxtisasartırma fakültəsinin dekanı Cəmilə İmaməliyeva, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev təqdim ediblər.

Şirkətin Keyfiyyətə nəzarət departamentinin rəhbəri Rüstəm Heydərov, İnsan resursları departamentinin rəhbəri Rizvan Nəbiyev və əməkdaşı Lalə Cəlilzadə kursların uğurlu təşkili, keyfiyyətli təhsil üçün universitet rəhbərliyinə, müəllimlərə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.