ELM VƏ TƏHSİL


AzMİU-da Mərkəzi Bank əməkdaşları tərəfindən keçirilən təlimlər yekunlaşıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Mərkəzi Bankı arasında olan razılaşmaya əsasən “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, AzMİU-nun Xidməti sahələrin iqtisadiyyatı və menecment kafedrasının təşkil etdiyi təlimlərdə Mərkəzi Bankın əməkdaşları – Rauf Ağayev, Pərviz Quliyev, Ruqiyyə Hacızadə, Ülfət Yusifov, Pərviz Hüseynov müxtəlif mövzularda məruzələr ediblər. Onların hazırladıqları “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik”, “Vətəndaşlar üçün sığorta xidmətləri”, “Rəqəmsal ödənişlərin üstünlükləri” və “Əmanətlərin sığortalanması” mövzusunda olan təqdimatlar Tikinti-iqtisad fakültəsində dərs deyən müəllimlər, doktorantlar, magistrlər tərəfindən maraqla qarşılanıb.

Yaxın günlərdə təlim iştirakçılarına Mərkəzi Bank tərəfindən sertifikatlar veriləcək.

AzMİU ilə Azərbaycan Mərkəzi Bankı arasında olan razılaşmaya əsasən, 2017-ci ildən Mərkəzi Bankın əməkdaşları tərəfindən universitetin gənc müəllimləri, doktorant, magistr və bakalavrlarına “Maliyyə savadlılığı” layihəsi çərçivəsində mütəmadi olaraq seminar-təlimlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.