ELM VƏ TƏHSİL


AzMİU-da Tikinti layihələrinin idarə edilməsi laboratoriyası açılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində Tikinti layihələrinin idarə edilməsi laboratoriyasının açılışı olub. Laboratoriyanın açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, tədris işləri üzrə prorektor Akif Qasımov, Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyasının direktor müavini Fərid Kazımov, universitetin kafedra müdirləri və dekanlar iştirak ediblər.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Fakültənin Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri və laboratoriyanın ərsəyə gəlməsinin təşəbbüskarı olan Sahib Fərzəliyev qeyd edib ki, laboratoriya yaradılması ilə tikinti istehsalatının operativ idarə edilməsini həyata keçirmək mümkün olacaq. İnşaat prosesinin virtual-simulyasiya proqramı vasitəsilə tədqiqi, məhdud tikinti resurslarının-ehtiyatların səmərəli idarə edilməsinin təşkili kimi məsələlərin inşaatçı tələbələrə öyrədilməsi çox aktual məsələlər sırasındadır.

“Amal Group” MMC-nin şöbə müdiri, AzMİU-nun müəllimi Əhməd Əhmədov laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edilib ki, laboratoriyanın yaradılmasının əsas məqsədi tikinti istehsalatında mürəkkəb və sistemli bir prosesi araşdırmaq, onlar arasındakı qarşılıqlı əlaqələri sadələşdirmək, vaxt itkisinin qarşısını almaq və s. üçün müasir kompüter modellərinin əldə edilməsinə və onların tədrisə tətbiq edilməsinə nail olmaqdır. O, tikintinin planlaşdırılması, təşkili və idarə edilməsi sahəsində tətbiq edilən “PRİMAVERA” proqramının xüsusi əhəmiyyətdən danışıb, onun dünyada tikinti sahəsində ən aktual proqram olduğunu vurğulayıb.

Laboratoriyanın əhəmiyyətindən danışan AzMİU-nun rektoru bildirib ki, tikinti istehsalatının idarə edilməsinə dair müasir texnologiyaların tədrisə gətirilməsi ilə tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklər də əldə edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.