ELM VƏ TƏHSİL


AzMİU-da gənc müəllimlər tələbələrdə biznes ideyaların formalaşdırılması barədə məlumatlandırılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İnnovativ biznes inkubator mərkəzi və İxtisasartırma fakültəsinin təşkilatçılığı ilə gənc müəllim heyəti üçün “Tələbələrdə innovativ biznes ideyaların yaradılmasına təşviq” mövzusunda onlayn seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda mərkəzin rəhbəri Nəsibə Əmirbəyova, mərkəzin mütəxəssisi Ramin Əkbərov gənc müəllimlərə tələbələrdə biznes ideyaların formalaşdırılması, innovativ biznesin üstünlükləri, startapların mərhələləri, uğur qazanmağın yolları və dünya startaplarının inkişaf tendensiyası barədə ətraflı məlumat veriblər.

Seminar müzakirələrlə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.