ELM VƏ TƏHSİL


AzMİU-da işğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri ilə bağlı konfrans keçiriləcək

Bakı, 4 mart, AZƏRTAC

Martın 10-11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçiriləcək.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Azəristiliktəchizat” ASC, Memarlıq və İnşaat Elminin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək konfrans 2 gün 8 bölmə üzrə davam edəcək.

Konfrans işğaldan azad olunan ərazilərimizdə mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində AzMİU alimlərinin yaxından iştirakını təmin etmək məqsədi daşıyır. Konfransda işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələrinin, su təsərrüfatı və meliorasiya sistemlərinin bərpası, Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması, mühəndis-kommunikasiya sistemlərinin, yol infrastrukturunun yenidən qurulması, ərazinin ekoloji problemləri və onların həlli yolları və s. məsələlər müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.