ELM VƏ TƏHSİL


AzMİU-da keçirilən beynəlxalq elmi konfrans işini yekunlaşdırıb

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Müasir inşaatda su, enerji təchizatı və ekologiya problemləri" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans noyabrın 28-də işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Meliorasiya və hidrotexnikanın müasir problemləri”, “Su təchizatı və işlənmiş suların kənarlaşdırılmasının aktual məsələləri”, “Müasir inşaatda enerji effektliyi problemləri” mövzuları üzrə bölmə iclasları keçirilib. İclaslarda inkişaf etmiş ölkələrdə tullantı suların çöküntülərinin səmərəli istifadəsi, su sektorunda texnoloji proseslər, Ceyranbatan gölündə aparılan laborator sınalar, sürüşmə proseslərinin tədqiqi və s. məsələlər barədə məruzələr dinlənilib.

Xatırladaq ki, AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi tərəfindən "UNDP GEF Kura Project" layihəsi və Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən, o cümlədən ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, BMT-nin Azərbaycan nümayəndəliyindən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər. Beynəlxalq konfransa 90-dan artıq məruzə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.