ELM VƏ TƏHSİL


AzMİU-da tələbə və magistrantların 44-cü elmi konfransında 700-dək məruzə dinlənilib

Bakı, 12 may, AZƏRTAC

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və magistrantların 44-cü elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Reyhan Əkbərova çıxışında konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edildiyini diqqətə çatdırıb. O, ənənəvi qaydada hər il keçirilən konfransa bu dəfə də gənclərin maraq göstərdiyini, təqdim olunan məqalələrin səviyyəsinin ilbəil yüksəldiyini yaxşı hal kimi qiymətləndirib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova hər il mayda Ulu Öndərin doğum günü münasibətilə tələbə və magistrantların respublika elmi konfransının keçirildiyini, gənclərin elmi yaradıcılığına daim diqqət göstərildiyini qeyd edib. Rektor bildirib ki, tələbə və magistrantlar məqalələrini, elmi-tədqiqat işlərinin nəticələrini konfranslarda müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayırlar.

Rektor Gülçöhrə Məmmədova tələbə və magistrantlara daim çalışmağı, bilik və bacarıqlarını artırmağı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini mükəmməl öyrənməyi tövsiyə edib.

Konfransda tələbə və magistrantların “Heydər Əliyev və Azərbaycanda iqtisadi dirçəliş”, “Qarabağın memarlıq irsinin mühafizəsi”, “Böyükşor gölünün sahilində tələbələr üçün salınan asudə vaxt mərkəzinin memarlıq-landşaft-mühəndis layihəsi” mövzularında məruzələri təqdim olunub.

Bölmə iclaslarında tələbə və magistrantların 659 məruzəsi dinlənilib və müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.