ELM VƏ TƏHSİL


AzMİU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə sərgi açılıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı Heydər Əliyev” adlı fərdi yaradıcılıq sərgisi təşkil edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Memarlıq fakültəsinin məzunu, hazırda Dövlət Baş Layihə İnstitutunun Memarlıq planlaşdırma və şəhərsalma şöbəsində aparıcı memar kimi çalışan İsmayıl Hacıyevin dahi şəxsiyyətə həsr etdiyi fərdi yaradıcılıq sərgisində professor-müəllim heyəti, tələbələr, gənc memarın ailə üzvləri iştirak ediblər.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sərgini yüksək qiymətləndirib. O, İsmayıl Hacıyevin AzMİU-da bir neçə dəfə sərgisinin təşkil olunduğunu, bugünkü sərginin isə Ulu Öndərə ehtiramın xüsusi göstəricisi olduğunu qeyd edib.

Rektorun müşaviri İlham Mərdanov, Ekologiya kafedrasının müdiri Fəqan Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən danışıblar. Çıxışlarda Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi və vurğunu olan Ümummilli Liderin xatirəsinin AzMİU-da həmişə dərin ehtiramla yad edildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.