ELM VƏ TƏHSİL


AzMİU-da universitet müəllimləri üçün intensiv kurslar keçirilir

Bakı, 16 may, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Böyük Britaniyanın “Leicester” Universitetinin mütəxəssisi Daqmara Qrabas tərəfindən Azərbaycanın aparıcı universitetlərinin müəllimləri üçün intensiv kurslar təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, kurslara AzMİU-nun müəllim heyəti ilə yanaşı Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Aviasiya Akademiyasının müəllimləri, eləcə də Rusiyanın Voronej Dövlət Texniki Universitetindən müəllimlər qatılıb. Ümumilikdə 34 müəllimin iştirak etdiyi kurslar, iki növbədə, gündə 4 saat olmaqla intensiv aparılır.

Kursların əsas məqsədi isə ingilis dilinin akademik səviyyədə və ixtisasyönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir.

Kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə “Leicester” Universitetinin sertifikatı təqdim olunacaq.

Xatırladaq ki, AzMİU və “Leicester” Universiteti uzun müddətdir əməkdaşlıq edir və birlikdə bir sıra uğurlu layihələrə imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.